Mehriban Əliyeva uşaqları təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram hesabında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.

Millətin Səsi.az  paylaşımın mətnini təqdim edir:

“Bütün balaca soydaşlarımızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər bir uşağa möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram! Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!”

Share: