Meşə yanğını 23 nəfərin ölümünə səbəb oldu 

Çilidə meşə yanğınları zamanı 23 nəfər dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, yanğınlar 979 nəfərin xəsarət almasına səbəb olub.

 

Ölkənin daxili işlər naziri Karolina Toha bildirib ki, hava şəraiti yanğınların söndürülməsini çətinləşdirir və fövqəladə vəziyyət daha da pisləşir.

 

Nazir İspaniya, ABŞ, Argentina, Ekvador, Braziliya və Venesuela hökumətlərinin yanğınların söndürülməsi üçün yardım təklif etdiklərini bildirib.

Mənbə

Share: