Messi “Barselona”dan ayrılacaqmı? – Açıqlama

“Barselona”nın hücumçusu Lionel Messi yanvar ayında heç bir klubla danışıqlar aparmayacağını açıqlayıb.

Qol.az “Mundo Deportivo”ya istinadla xəbər verir ki, o deyib: “Hələlik heç nə dəqiq deyil. Mövsümün bitməsini gözləyəcəyəm. İndi ən əsası komandanı düşünüb mövsümü başa çatdırmaq, mükafat qazanmaqdır. Digər söhbtətlər fikri hədəfdən yayındırar”.

Xatırladaq ki, Messi “Barselona” ilə müqaviləsinin müddəti 2021-ci ilin iyunun 30-da başa çatır.

Share: