Messi ölkə çempionatlarında 500-cü qolunu vurub

Argentina millisinin ulduz futbolçusu Lionel Messi ölkə çempionatlarında 500-cü qolunu vurub.

 

37 yaşlı hücumçunun yubileyi “Orlando Siti”yə 5:0 hesabı ilə qalib gəldikləri MLS çempionatı matçında reallaşıb.

 

Təcrübəli forvard bu görüşdə iki dəfə fərqlənməklə dubl edib. O, “Barselona”da çıxış edərkən İspaniya La Liqasında 474, PSJ-nin formasını geyinərkən Fransa Liqa 1-də 22 qola imza atıb. Messinin MLS-də isə 4 qolu var.

 

Qeyd edək ki, Lionel Messi bütün rəsmi turnirlərdə 891 matçda meydanda olub, 722 qol və 345 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə

Share: