Messi və Ronaldo yenidən üz-üzə gəlir

Lionel Messi və Kriştianu Ronaldo uzun müddət sonra üz-üzə gələcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

 

Futbolçuların görüşü Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə Messinin oynadığı PSJ arasında keçiriləcək yoldaşlıq görüşündə baş tuta bilər. Oyun Səudiyyə Ərəbistanında baş tutacaq.

 

Messi və Ronaldo sonuncu dəfə Çempionlar Liqasında “Yuventus” və “Barselona”nın tərkibində bir-birlərinə qarşı oynayıblar. 

Mənbə

Share: