![MHP liderindən İmamoğluna – “Sizin gözəliniz yerə girsin!”](https://milletinsesi.az/wp-content/uploads/2018/03/baxcali-300x200.jpg)
“İstanbul ləkəsiz, şübhəsiz iradə ilə yüksəlməli, tərtəmiz vicdanlara əmanət edilməlidir”.
Bunu MHP sədri Dövlət Baxçalı deyib.
O, İmamoğlu tərəfdarlarının “Hər şey çox gözəl olacaq” şüarına da münasibət bildirib:
“Türk millətinin qüruru, qibtə ediləcək qiyməti olan İstanbul necə boyunduruq altına girəcək? İstanbulun qədəri terror təşkilatlarına necə həvalə ediləcək?
Terror təşkilatları demokratik güc birliyindən danışır. PKK-çı canilər davamlı açıqlamalar verərək Əkrəm İmamoğlunu tərifləyir, CHP namizədinə dəstək mesajı paylaşırlar. Hər şey çox gözəl olacaqmış. Sizin gözəliniz yerə girsin!”.