Miçeli Paketa əvəzlədi

İspaniya La Liqasında çıxış edən “Hueska”nın yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Xose Roxo Martina Paketa çalışdıracaq.

52 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. Paketa bu vəzifədə Miçeli əvəzləyib.

Qeyd edək ki, 18 oyunda 12 xal toplayan komanda sonuncu pillədə qərarlaşıb.

Share: