Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 815 mənzilin satışı ilə bağlı statistikanı açıqlayıb.
MİDA-dan Modern.az-a verilən məlumata görə, ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satışı prosesinə 24 sentyabr 2022-ci ildə saat 15:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə başa çatdırılıb.
Seçilmiş mənzillər barədə statistik məlumatlarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.