Moskvada polislər müharibəyə etiraz edən şairi zorladı…-Videonu sevgilisinə yolladılar -VİDEO

Sentyabrın 25-də Rusiya paytaxtında diktator V.Putinin “qismən səfərbərliyi”nə etiraz mitinqində Ukraynadakı savaş əleyhinə şeir söyləmiş şair Artyom Kamardin hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən olmazın işgəncələrə məruz qalıb.

 

Moderator.az xəbər verir ki, bu haqda “BBC” və “Amerikanın səsi”nin rus büroları və yerli “Meduza” nəşri məlumat yayıb.

Sentyabrın 26-da A.Kamardinin yaşadığı mənzilə basqın edən avtomatlı polislər onu, sevgilisini və iki dostunu amansız  zorakılıq və işgəncələrə məruz qoyublar. Şairi vəhşicəsinə döydükdən sonra onu idman qantelləri vasitəsilə zorlayıblar və bu rəzilliyi təsvir edən videonu sonradan onun sevgilisinin mobil telefonuna yollayıblar. 

 

Daha sonra A.Kamardin istintaq şöbəsinə aparılıb və onun barəsində “ektremizm” maddəsi ilə qondarma cinayət işi qaldırılıb. Məlumata görə, şöbə binasında da döyülən üsyançı şair ağır beyin-kəllə travması və digər zədələr alıb. Bütün bunlara rəğmən onu xəstəxanaya aparmaqdan imtina ediblər. Qeyd edilir ki, A.Kamardinin sevgilisi və dostlarına da ağır bədən xəsarətləri yetirilib. Hazırda rus şair təcrudxanada 48 saatlıq müddətinə həbsdədir…

Sultan Laçın

 

Mənbə

Share: