Mikayıl Cabbarov sahibkarları təbrik etdi

Mikayıl Cabbarov sahibkarları təbrik etdi

Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur.

 

Modern.az xəbər verir ki, bunun bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində paylaşım edib.

 

Paylaşımda bildirilir:

 

“Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. KOB subyektlərinin fəaliyyətinin təşviqi iqtisadiyyatımızın şaxələnməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir. 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində ölkəmizdə KOB subyektlərinin sayı 45% artıb və qeyri-neft ÜDM-də payı 23,5%-dən 26,6%-ə yüksəlib. 2021-ci illə müqayisədə 2022-ci ildə KOB-lar üzrə dövriyyə 19%, vergi daxil olmaları isə 61% artıb. Sahibkarlarımıza davamlı uğurlar və nailiyyətlər arzulayırıq”.

 

 



Mənbə

Share: