Bildiyiniz kimi, viruslar qapalı məkanlarda daha təhlükəli olur. Bu səbəbdən çıxışları 5 dəqiqəyə endirməyi təklif edirəm.
Milletinsesi.az xəbər verir ki, bu təklifi Milli Məclisdə çıxışı zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev irəli sürüb.
Komitə sədri, həmçinin iclasların 2 saat müddətində başa çatdırılmasını təklif edib:
“Təklif edirəm ki, iclas 2 saat keçirilsin. Yox, əgər bu vaxt kifayət etmirsə, fasilə verib sonradan iclası davam etdirə bilərik”.
Komitə sədrinin təklifi səsə qoyularaq qəbul edilib.