Ermənistanda koronaya yoluxanların sayı 1200-ü keçdi

Ermənistanda 42 yeni koronavirusa yoluxma halı qeydə alınıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

“Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1201-ə çatıb. Hazırda 780 nəfər xəstəxanalarda müalicə alır. Ölənlərin sayı 19-a çatıb”, – məlumatda qeyd olunub.

 

Share: