Milli Məclisin payız sessiyası başa çatdı

Milli Məclisin payız sessiyası başa çatır. Payız sessiyasında Milli Məclis 19 iclas keçirib 86 qanun və qərar qəbul edilib.

Milletinsesi.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova bildirib ki, Milli Məclis qanunveicilik slahiyyətlərini tam həyata keçirib, Azərbaycan Prezidentin uzaqörən və düşünülmüş siyasətini parlament səviyyəsində dəstəkləmək üçün zəruri tədbirlər görüb.

S.Qafarova bildirib ki, Milli Məclis bu müddət ərzində beynəlxalq münasibətlərini möhkəmləndirib, xarici ölkələrdəki həmkarları ilə onlayn görüşlər keçirib.

S.Qafarova vurğulayıb ki, Vətən müharbəsində əldə edilmiş qələbə münasibətilə Milli Məclis ayrıca iclas keçirib, Azərbaycan Prezidentinə və xalqına müraciət edib. Milli Məclis 2020-ci ili, payız sessiyasını uğurla başa çatdırır.

S.Qafarova təklif edib ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban xanım Əliyevaya təbrik məktubları göndərilsin. Deputatlar təklifi alqışlayıb.

İclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Share: