Qəbələ rayonunun Aşağı Həmzəli kəndində tanınmış ziyalı, Azərbaycan dili və ədəbiyyatı müəllimi Qasım Əliyev vəfat edib.
Millətin Səsi.az Unikal-a istinadla xəbər verir ki, mərhum uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. O, həmçinin el şənliklərində musiqiçi kimi də xidmət göstərib.
Qeyd edək ki, Qasım Əliyev Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun qayınatası olub.


