“Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

Nazirlər Kabineti “Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, qərara əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Minatəmizləməyə dair informasiya sistemini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və həmin sistemin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirməli, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə birlikdə informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görməlidir.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq Minatəmizləməyə dair informasiya sisteminin dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməli, Minatəmizləmə Agentliyi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Minatəmizləməyə dair informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsinə dair tədbirlər görməlidir.

 

Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti “Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə”nin 4-cü hissəsi ilə müəyyən edilmiş məlumatların Minatəmizləməyə dair informasiya sisteminə ötürülməsini təmin etməlidirlər.

Mənbə

Share: