MM təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan vətəndaşları Serbiyaya vizasız gedə biləcəklər.

Millətin Səsi.az  xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Share: