Azərbaycan Ordusunun Laçın rayonunda itkin düşən 2 hərbi qulluqçusunun axtarışları davam edir.
Müdafiə Nazirliyindən Millətin Səsi.az-a bildirilib ki, martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət qulluqçuları – əsgər Fərid Əjdər oğlu Məmmədov və əsgər Firdovsi Mais oğlu Abdullayevin axtarışı davam edir.
Bildirilir ki, yüksək dağlıq və çətin relyefli ərazidə hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.