Rus ordusu bu şəhərlərə doğru irəliləyir – Britaniya

Rusiya ordusu Ukrayna ordusunun ölkənin şərqində möhkəmlənmiş mövqelərini mühasirəyə almağa çalışır.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında qeyd olunub.

“Kremennaya şəhəri ələ keçirilib və Rusiya qüvvələrinin şimaldan və şərqdən Slavyansk və Kramatorsk şəhərlərinə doğru irəliləməyə cəhd etdiyi bir vaxtda İzyumun cənubunda şiddətli döyüşlər gedir”, – məlumatda bildirilib.

Bundan başqa, qeyd olunub ki, Ukrayna qüvvələri Rusiyanın cənubdan mümkün hücumunun qarşısını almaq üçün Zaporojyedə müdafiəyə hazırlaşır.

Share: