MN: Düşmən üç rayonu atəşə tutub

Noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Səhər saat 07.50-də Ağcabədi rayonun Qiyaməddinli kəndinə düşmən tərəfindən 4 ədəd mərmi atılıb”,- MN-dən qeyd edilib.

Share: