MN rəhbərliyi İkinci Fəxri xiyabanda

Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı münasibəti ilə Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət edib.

Bu barədə Milletinsesi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Share: