Moldova Baş nazirinin müavini, xarici işlər naziri Niku Popesku Türkiyəyə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər dekabrın 7-də baş tutacaq. Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlər, cari regional və beynəlxalq hadisələr müzakirə olunacaq.