“O, sovet televiziyası tarixində ilk dəfə olaraq Qərb liderindən müsahibə alıb…”

“Marqaret Tetçer bu üç tox, özündən razı və bacarıqsız jurnalistləri iti qovan kimi qovurdu…”

 

Sovet beynəlxalq jurnalistikasının ustadı, Marqaret Tetçerdən ilk dəfə müsahibə alan Boris Kalyagin vəfat edib

 

Sovet jurnalisti, Mərkəzi Televiziyanın sabiq siyasi icmalçısı Boris Kalyagin ömrünün 85 yaşında vəfat edib.

 

Moderator.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.

 

Boris Kalyagin müxtəlif zamanlarda Hindistanda, Böyük Britaniyada və ABŞ-da sovet televiziyasının müxbiri işləyib, “Zaman” xəbərlər proqramının baş redaktor müavini olub və Mərkəzi Televiziyanın beynəlxalq şöbəsinə rəhbərlik edib.

 

Sovet İttifaqı sakinlərinin Qərb ölkələrinə səfərləri praktiki olaraq mümkün deyildi, beynəlxalq sahədə işləyən jurnalistlər  isə xaricdəki həyatı görmək imkanına malik olub.

 

Onlar məlumatları birtərəfli və ideoloji yüklə təqdim etməklərinə rəğmən, SSRİ daxilində öz işlərinə görə məşhur olub.

 

“Beynəlxalq panoram” proqramının aparıcılarından biri olan Kalyagin efirdə böyük populyarıığı ilə seçilib.

 

1987-ci ildə Mixail Qorbaçov tərəfindən elan edilən aşkarlıq siyasəti dönəmində Boris Kalyagin sovet televiziyası tarixində ilk dəfə olaraq Qərb liderindən müsahibə götürən üç beynəlxalq jurnalist-müxbirlərdən biri olub.

 

 

Müasirlərinin xatırladığı kimi, Böyük Britaniyanın baş naziri Marqaret Tetçer sovet jurnalistləri fonunda uduşlu təsir bağışlayıb.

 

“Buna tamaşa etmək xoşbəxtlik olub! – “Azadlıq Radiosu”nun efirində “Aşkarlığı müdafiə fondu”nun prezidenti Aleksey Simonov xatırlayıb. – O, bu üç tox, özündən razı, sanki, öz peşəsini bilən, amma tamamilə bacarıqsız jurnalistləri iti qovan kimi qovurdu!”.

 

Boris Kalyagin “Azadlıq Radiosu”nun efirlərinin qonağı olub. 2004-cü ildən Ali İqtisadiyyat Məktəbinin Media İnstitutunda dərs deyib. İki “Şərəf Nişanı” və “Xalqlar Dostluğu” ordeni ilə təltif edilib, – SİTA-nın məlumatında deyilir. Agentliyin məlumatına görə, jurnalist uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

 

Mənbə

Share: