Moldovada etiraz aksiyası – Saxlanılanlar var

Bu gün Moldovada rusiyayönlü Şor partiyası hakimiyyətə qarşı etiraz aksiyaı keçirib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, Kişinyovda şəhər mərkəzinə əlavə polis qüvvələri cəlb edilib.

 

Polislər etirazçıların parlament binasına daxil olmasının qarşısını ala biliblər. 50-dən çox adamın həbs edildiyi bildirilir. Aksiya iştirakçıları qiymət artımına etiraz etdiklərini bildiriblər, onlar hökumətdən qış ayları üçün bütün vətəndaşların kommunal xərclərini ödəməyi tələb edirlər.

 

Rusiyayönlü “Şor” partiyası son vaxtlar Moldova hökumətinin Qərblə yaxınlaşmasına qarşı intensiv etiraz aksiyası keçirir.

 

Moldova prezident Maya Sandu Rusiyanı ölkənin daxili işlərinə qarışmaq cəhdində ittiham edib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti hökuməti devirməyə çalışır. 

Mənbə

Share: