Moldovada matəm elan olundu

 

İyulun 4-ü Moldovada milli matəm elan olunub.

Milletinsesi.az xəbər verir ki bu barədə ölkə prezidenti Maya Sandu sərəncam imzalayıb.

Bildirilib ki, Kişinyov Beynəlxalq Hava Limanında həlak olanların xatirəsini yad etmək üçün iyulun 4-ü ölkədə milli matəm günü elan edilib. Sabah ölkənin bütün ərazilərində, eləcə də Moldova Respublikasının xaricdəki diplomatik və konsulluq nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endiriləcək.

Saat 12:00-da həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Xatırladaq ki, iyunun 30-da Moldovanın paytaxtı Kişinyovdakı aeroportda atışma olub. Türkiyədən Moldovaya gəldiyi təxminən olunan şəxs odlu silahdan atəş açaraq 2 nəfəri qətlə yetirib.

Mənbə

Share: