Moped sürənlərdən sürücülük vəsiqəsi tələb olunacaq

 

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

Millətin Səsi.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” Qanunda dəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələbinin müəyyənləşdirilməsi təklif edilir.

Eyni zamanda, təqdim edilən digər dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi də nəzərdə tutulur. Müzakirələrdən sonra qanuna dəyişiklik səsverməyə qoyularaq üçüncü qəbul edilib.

Mənbə

Share: