Sentyabrın 25-də Rusiya paytaxtında diktator V.Putinin “qismən səfərbərliyi”nə etiraz mitinqində Ukraynadakı savaş əleyhinə şeir söyləmiş şair Artyom Kamardin hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən olmazın işgəncələrə məruz qalıb.
Moderator.az xəbər verir ki, bu haqda “BBC” və “Amerikanın səsi”nin rus büroları və yerli “Meduza” nəşri məlumat yayıb.
Daha sonra A.Kamardin istintaq şöbəsinə aparılıb və onun barəsində “ektremizm” maddəsi ilə qondarma cinayət işi qaldırılıb. Məlumata görə, şöbə binasında da döyülən üsyançı şair ağır beyin-kəllə travması və digər zədələr alıb. Bütün bunlara rəğmən onu xəstəxanaya aparmaqdan imtina ediblər. Qeyd edilir ki, A.Kamardinin sevgilisi və dostlarına da ağır bədən xəsarətləri yetirilib. Hazırda rus şair təcrudxanada 48 saatlıq müddətinə həbsdədir…
Sultan Laçın