Moskvada RAGB fəalları uşaqlara Azərbaycan xalq nağılları oxuyublar

Moskvada Etnoqrafiya kitabxanasında Uşaqlar Günü münasibətilə kitabxananın kiçik ziyarətçilərinə və onların valideynlərinə Azərbaycan xalq nağılları danışılıb.

Tədbir Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) tərəfindən təşkil olunub.

Şənliyin qonaqları animatorlarla oynayıb, milli Azərbaycan şirniyyatlarından dadıb, Azərbaycanın milli musiqi alətləri və saxsı və çəkic məmulatlarının ekspozisiyasına baxıblar.

Həmçinin balaca qonaqlara Leyla Əliyevanın illüstrasiyaları ilə Azərbaycan xalq nağılları təqdim olunub.

Mənbə

Share: