“Müharibə dalana dirənib, lakin Ukrayna məğlub olmayacaq”

“Amerikanın Ukraynaya yardımının azalması daha çox ərazi itkilərinə səbəb olacaq…”

 

“Avropa ölkələri Amerika yardımını tam əvəzləmək iqtidarında deyil…”

 

Ukraynanı Rusiya tərəfindən təhlükə gözləyir, işğalçı ölkə cəbhədə təzyiqi artıra bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə “The New  York Times” nəşri yazıb.

 

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi davam edir və rusiyalı qəsbkarlar Vaşinqtonun Kiyevə yardımının ləngiməsindən istifadə edərək cəbhədə təzyiqi daha da artıra bilər.

 

“Uzunmüddətli perspektivdə Amerikanın dəstəyinin azalması, ehtimal ki, Ukraynanı daha çox ərazi güzəştə getməyə vadar edəcək. Rusiya qoşunları hazırda Ukrayna ərazisinin təxminən 20 faizini əllərində saxlayır, onlar daha çoxunu istəyir”, – nəşr yazır.

 

Jurnalistlər Rusiya diktatoru Vladimir Putinin belə bir bəyanatını xatırladır ki, Rusiya bütün Donbası və Ukraynanın sahilyanı regionlarını ələ keçirmək istəyir.

 

Nəşr qeyd edir ki, Ukrayna torpağındakı uğurar ötənlərdə Rusiyaya baha başa gəlib.

 

“Rusiya hər iki tərəfin “ət maşını” adlandırdığı Baxmut şəhərini ələ keçirmək üçün on minlərlə itki verib. Ukraynaya aylarla Rusiyanın şəhərə hücumlarının qarşısının alınması üçün çoxlu sayda döyüş sursatları lazım olub.

 

Bu gün onun ehtiyatları tez bir zamanda tükənə bilərdi və o, qaçmağa məcbur ola billərdi, Rusiya isə öz qələbəsindən az əzab çəkəcəkdi. Bunu anlayaraq, Rusiya daha fəal şəkildə təzyiqini artıra bilər”, – jurnalistlər qeyd edir.

 

Nəşrin fikrincə, Avropa ölkələri Amerika yardımının çatışmazlığını kompensasiya etməyə cəhd göstərsələr də, onu tam əvəzləmək iqtidarında deyil.

 

O cümlədən jurnalistlər Avrpopanın artilleriya mərmilərinin istehsalında problemini qeyd edir.

 

“Ötənlərdə ABŞ  bir qayda olaraq döyüş meydanında məğlubiyyətlərdən və ya ictimaiyyətin buna marağını itirəndən sonra hərbi səylərindən imtina edib.

 

Bunların heç biri Ukrayna üçün keçərli deyil. Müharibə dalana dirənib, lakin Ukrayna uduzmayacaq. Amerikalıların əksəriyyəti getdikcə bu ölkəyə yardım göstərilməsinə daha çox dəstək verir”, – nəşr vurğulayır.

 

ABŞ-ın Ukraynaya yardımı-bunları bilmək lazımdır

 

Bundan öncə “The Hill” nəşri məlumat verib ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım barədə öz qanun layihəsini təqdim edə bilər.

 

Bu qanun layihəsi Senat tərəfindən Ukrayna, İsrail və Tayvan üçün 95 milyardlıq yardımı nəzərdə tutan qanun layihəsindən əhəmiyyətli dərəcədə fərqlənə bilər.

 

Burada həlledici dəyişiklik ondan ibarətdir ki, Nümayəndələr Palatasının spikeri Mayk Conson yardım proqramını istiqraza və ya lend-lizə çevirməyi təklif edib.

 

Bu da “amerikalı vergi ödəyicilərinin on milyardlarla dolların geri qaytarılmasını gözləmədən ödəməməsi” üçün düşünülüb.

Mənbə

Share: