“Müharibəni yalnız dollar və döyüş sursatı ilə udmurlar”

“Müharibəni yalnız dollar və döyüş sursatı ilə udmurlar. Bunun üçün beynəlxalq birliyin dəstəyi də vacibdir”.

 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşrinə açıqlamasında təhlükəsizlik eksperti Andi Oare bildirib. O, qeyd edib ki, iki ildir ki, Rusiya işğalına qarşı mətinliklə mübarizə aparan Ukraynanın qalibiyyəti üçün dünya birliyinin ukraynalılara diqqət və qayğı göstərməsinə ehtiyac var:

 

“Təbii ki, müharibələr səngərlərdə qalib gəlir, amma hər şey təkcə dollar və döyüş sursatı ilə bağlı deyil. Əgər biz həqiqətən də Ukraynanın maraqlarını düşünürüksə, bilməliyik ki, onun bizim ən güclü silahlarımızdan birinə – diqqətimizə ehtiyacı var. Onun bizim mediaya, əhatə dairəmizə, məzmunumuza və qayğımıza ehtiyacı var”.

 

Ekspert qeyd edib ki, Qərbin Ukraynaya dəstəyinin “boşuna getməsi” fikri absurddur: 

 

“Tənqidçilər Ukraynanın müdafiəsini “uğursuzluq” və “boşuna gedən səy” adlandırırlar. Bununla belə, tam iki ildən sonra biz buradayıq və Ukrayna hələ də ərazisinin 82%-ni saxlayır. Putinin qapısında 800 mil əlavə NATO ərazisi var ki, bu da əvvəlki quru sərhədindən iki dəfə çoxdur.  Ziddiyyətli məlumatlara baxmayaraq, Rusiyanın hərbi-sənaye kompleksi ciddi şəkildə tükənib”.

 

Hərbi ekspet hesab edir ki, Ukrayna-Rusiya müharibəsiunin taleyini beynəlxalq birliyin sərgiləyəcəyi mövqe həll edəcək.

 

Seymur ƏLİYEV

Mənbə

Share: