Müllerdən ardıcıl ikinci oyunda qol

Müllerdən ardıcıl ikinci oyunda qol

“Vankuver”un futbolçusu Tomas Müller MLS-də “Sietl”lə keçirilən oyunda fərqlənib.

36 yaşlı almaniyalı yarımmüdafiəçinin komandası  görüşdə 2:0 hesabı ilə qalib gəlib. Müller də matçda fərqlənib.

Bu, Müllerin MLS-də ardıcıl ikinci oyunda vurduğu qol olub. O, daha əvvəl aprelin 18-də “Kanzas Siti” ilə matçda (3:0) fərqləndikdən sonra 5 oyunluq qolsuz seriya yaşamışdı.

“Bavariya”nın sabiq futbolçusu MLS-in cari mövsümündə 15 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

qol.az

Share: