“Münafiqlər sözlərindəki əyrilikdən və dillərinin ucbatından bəlli olur…”

“Nə qədər səmimiyyət və islah maskasına bürünərlərsə, nə qədər döğruluq və yaxşılıq göstərişi edərlərsə etsinlər, Allah onların içlərində gizlədiklərini ortaya çıxarar…”

 

«Onlar (dünyada) təmiz (pak) sözə (la ilahə illallaha, yaxud Qur’ana) müvəffəq olmuş, həm də Allahın bəyəndiyi yola (İslama) yönəldilmişlər”(Quran, əl Həcc 24).

 

GÖZƏL SÖZ…

 

 

Gözəl söz Allahdan başqa ilah olmadığına və Məhəmmədin (s.ə.s) Allahın Rəsulu olduğuna şəhadət gətirməkdir. Bu, İslam kəlməsidir və sözlərin ən doğrusudur. Açıq aydın və ən böyük hüccətdir. Tutulması lazım olan sağlam qulpdur və təkva kəliməsidir. Adil və doğru, malları və kanları qoruyan bir kəlmədir. Bu sözün şərtləri bunlardır: Mənasını bilmək, qəti inanmaq, tamamilə qəbul etmək, lazımınca boyun əymək, onu söyləmədə doğru və səmimi olmaq və o sözü sevməkdir…

 

Mənası isə bu şəkildədir: Allahdan başqa ibadətə layiq olan haqq ilah yoxdur. Allahdan başqasına səcdə etmək, qurban kəsmək, nəzir demək və ya dua etmək, Allahdan başqasının adına and içmək, Ondan başqasına təvəkkül etmək caiz deyil. Sıxıntılı anlarda ancaq Allaha sığınılır. Ölmüş bir insandan və ancaq Allahın gücünün çatacağı bir şeydə insanlardan kömək istəmək və ya onlara sığınmaq haramdır…

 

Hər mükəlləf (yüklənən) insana fərz olan, ibadətin hamısını yalnız Allaha xas etməkdir. Kim dünyalıq bir şey əldə etmək, insanlar tərəfindən öyülmək və riya məqsədilə bir əməl işlərsə, onun o əməli rədd edilmişdir. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Allah Təala buyurdu: Mən şirk qoşulanların şirklərindən Ucayam. Kim bir əməl işlər və onda başqasını mənə şərik qoşarsa, onu və şirkini tərk edərəm» Bu hədisi Muslim rəvayət edər.

 

«Zikrin ən fəzilətlisi, «Lə iləhə illəllah»-dır» Bu hədisi Tirmizi və İbn Macə rəvayət etmişdir. Tövhid kəliəsi, Sübhanallah və Əlhəmdulillah kəlimələri səhər axşam dilinizdən düşməsin. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Sübhanallah, Əlhəmdulilləh və lə iləhə illəllahu vallahu akbar demək, günəşin üzərinə doğduğu hər şeydən mənə sevimlidir.» Bu hədisi Muslim rəvayət etmişdir. «Kimin son sözü «Lə iləhə illəllah» olarda Cənnət ona vacib olar» Bu hədisi Əbu Davud rəvayət etmişdir.

 

«Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar.» (Fatir, 10)

 

«Onlar (dünyada) təmiz (pak) sözə (la ilahə illallaha, yaxud Qur’ana) müvəffəq olmuş, həm də Allahın bəyəndiyi yola (İslama) yönəldilmişlər» (əl Həcc 24)

 

Ey Müsəlmanlar! Çirkin söz isə küfr sözdür. Təsdiqi və təslimiyyəti pozan bir sözdür. Dinə dil uzatmaq, onu ələ salmaq və onu aşağılamaqdır. Kim Allah ilə, ayələri, əmrləri, vəədləri və təhdidləri ilə əyələnrsə, ya da Rəsulu (s.ə.s) ilə və ya dininin hökmlərindən bir şey ilə əylənərsə iman etməkdən çıxmış və Müsəlmanlığından sonra kafir olmuşdur. 

 

«(Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: ‘Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)’,- deyə cavab verərlər. De: ‘Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?! (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!» (ət Tövbə, 65-66)

 

«Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər.» (ət Tövbə, 74)

 

Kim Allahın şəriəti və Rəsulu (s.ə.s)-in sünnəsi ilə hökm etməyi gerilik, diktatorluq və s. görsə əməlləri boşa çıxardan küfr sözü söyləmiş və böyük günah işləmişdir. Münafiqlər sözlərindəki əyrilikdən və dillərinin ucbatından bəlli olujr. Nə qədər səmimiyyət və islah maskasına bürünərlərsə, nə qədər döğruluq və yaxşılıq göstərişi edərlərsə etsinlər, Allah onların içlərində gizlədiklərini ortaya çıxarar.

 

«Yoxsa qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-küdurətlərini zahirə çıxartmayacaqdır?! (Ya Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərər, sən də onları mütləq üzlərindən tanıyardın (amma, bəlkə, tövbə edib dində səmimi olsunlar deyə, onları heç kəsə tanıtmadıq). Sən onsuzda onların danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin (bütün) əməllərinizi bilir!» (Muhammad surəsi, 29-30).

 

Sözləri cılız və düşüncələri dardır. Yararsız və zəif bir məntiqdir… 

 

“Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar (insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir!» (ət Tövbə, 67)

 

Ey Müsəlmanlar! Ancaq həlak olmuş çaşqın kimsənin, cahilin və ya ziyanda olan azığın birisinin söyləyəbiləcəyi həddi aıan əsli olmayan sözlədən biri də, yalan və iftiranın ən böyüyü olan şirk sözüdür. Kim ölülərin ruhlarından kömək istəmənin, türbələrdə və məzarlarda yatanlardan imdat tələb etmənin caiz olduğunu önə sürərsə, ölülərin kainatda və olan hadisələrdə əlləri olduqlarını önə sürərsə, ya da onların bədənləri və ruhları ilə birlikdə qəbirlərindən çıxıb darda qalana yardım etdilərini və çətinlikdə olanı qurtardıqlarını önə sürərsə, Allaha qarşı həddi aşan və Allah adına yalan söyləyən arsız bir kimsədir. Ümmətin içində sözlərin ən pisini və inancların ən alçağını edəndir. İnsanları doğru yoldan çəkindirməkdə və xurafatlara dəvət etməkdədir. O, Alahı haqqı ilə təqdir etməmiş və Allahdan qorxmamışdır. Bu səbəblə azğınlığını açıqca ortaya qoymuşdur.

 

«Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: ‘Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!’ Bilin ki, zalımlar Allahın lə’nətinə gələcəklər!» (Hud, 18)

 

(Davamı var)

 

İslamevi.az

Mənbə

Share: