Musiqi sənəti üzrə qabiliyyət imtahanlarının vaxtı AÇIQLANDI

 

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının vaxtı məlum olub.

Bu barədə Milletinsesi.az-a DİM-dən bildirilib.

Gəncədə yerləşən komissiyalar üzrə (4304, 4404, 4504, 4704) imtahanlar 12 iyul Gəncə Dövlət Filarmoniyasında, Bərdədə yerləşən komissiyalar üzrə (4106, 4306, 4406, 4506, 4706) imtahanlar 13 iyul Bərdə şəhəri, Bülbül adına 1 saylı uşaq incəsənət məktəbində, Şəkidə yerləşən komissiyalar (4305, 4405, 4505) və Lənkərandakı komissiyalar (4307, 4407, 4507) üzrə imtahanlar isə 14 iyul tarixində müvafiq olaraq Şəki Dövlət Regional kollecində və DİM-in Lənkəran Regional Bölməsində keçiriləcək. İmtahanlar onlayn şəkildə təşkil edilir. İmtahanların apellyasiyaları həmin gün müvafiq imtahan zalında imtahan bitdikdən sonra təşkil ediləcək. Gecikmiş apellyasiya müraciətlərinə baxılmayacaq.

Bakı şəhərində Musiqi sənəti istiqamətinin ali təhsil pilləsi üzrə qabiliyyət imtahanları 17-21 iyul tarixlərində, Gəncə Dövlət Universitetinin “Musiqi müəllimliyi” ixtisasına qəbul imtahanı 15 iyul tarixində, Lənkəran Dövlət Universitetinin “Musiqi müəllimliyi” ixtisasına qəbul imtahanı isə 22 iyul tarixində keçiriləcək. Ali təhsil pilləsi üzrə qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanları üçün buraxılış vərəqlərini yaxın günlərdə çap edə biləcəklər.

Musiqi sənəti istiqamətinin Naxçıvan regionu üzrə ali təhsil pilləsinin ixtisasları və tam (11 illik) orta təhsil pilləsi üzrə orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə qabiliyyət imtahanlarının 24-26 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur.

Mənbə

Share: