NASA planetlərdə həyatı məhv edən “ölüm ulduzları” aşkar edib

NASA planetlərdə həyatı məhv edən “ölüm ulduzları” aşkar edib

“Alimlərin potensial təhlükəli hesab etdikləri ifrat ulduzlar indi “Ulduz müharibələri”ndən olan ölüm ulduzu ilə müqayisə edilir…”

 

Alimlər bəşəriyyəti təcili tətbirlər görülməyin zəruliliyi barədə xəbərdarlıq edib

 

Astronomlar müəyyən edib ki, ifrat yeni ulduzun partlayışı Yer planetinə oxşar planetdə həyatın, hətta o, 160 işıq ili məsafəsində yerləşsə belə, tamamilə məhvinə gətirib çıxara bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə “The Astrophysical Journal” məlumat verir.

 

Əsas səbəb partlayışdan sonra bir neçə onilliklər ərzində planetə hücum etməkdə olan rentgen şüalanmasıdır. Bu, 31 ifrat ulduzda baş verən partlayışlar və onların  nəticələrinin müşahidə edilməsi sayəsində kəşf edilib. Beləliklə, alimlərin potensial təhlükəli bildikləri ifrat ulduzlar indi “Ulduz müharibələri”dən olan ölüm ulduzu ilə müqayisə edilir.

 

Lakin əgər Dart Veyderin ölüm ulduzu planeti tamamilə məhv edibsə, ifratulduz, sadəcə, onu həyatdan məhrum edir. Tədqiqatın nəticələri NASA-nın “Çandra” rentgen observatoriyası, “Swift” və “NuStar” teleskopları və Avropa Kosmik Agentliyinin “XMM-Newton”-un köməyilə alınıb.

 

Yeni kəşflərə görə, ifrat ulduzun partlayışi ilə bağlı başlıca təhlükə bu zaman yaranan zərbə dalğasıdır. Bu dalğa ifrat ulduzun ətrafında olan sıx qazla toqquşur, nəticədə kosmosa böyük miqdarda rengen şüalanması nüfuz edir.

 

Alimlər bəyan edir ki, rengen şüalanması partlayışdan aylar və ya illər sonra həyatın mövcud olduğu Yer planetinə oxşar planetlərə çata bilər.

 

Şüalanmanın intensivliyi o qədər yüksək ola bilər ki, belə “hücumun” on illiklərlə davam etməsini nəzərə alaraq planetdə həyatı tamamilə məhv edə bilər.

 

Lakin alimlər ölümcül radiasiya dalğasının uzunluğunun nə qədər olmasını yalnız güman edilər. Onlar dəqiq bilirl ki, müşahidə etdikləri ifrat ulduzlar 160 işıq ili məsafəsində yerləşən ekzoplanetlərə zərbə vurub.

 

Alimlər ifrat ulduzların təhlükələri haqqında çoxdan məlumatlıdır. Partlayışın ilk günləri və ayları intensiv şüalanma baş verir, lakin daha bir təhlükə də mövcuddur. Bu partlayışdan yüzlərlə və minlərlə il sonra uçub gələ biləcək enerjili hissəciklərdir.

 

Bəllidir ki, rengen şüalanması Yer planetinə oxşar planetin atmosferinin kimyəvi tərkibini ciddi surətdə dəyişə bilər. Bundan başqa, bu şüalanma planetdəki həyatı sahib-ulduzun zərərli ultrabənövşəyi şüalanmasından qoruyan ozon qatını məhv etmək qabiliyyətinə malikdir. 

 

Güman edilir ki, ifrat yeni ulduzların və sahib ulduzların güclü ultrabənövşəyi şüalanmasına məruz qalan ekzoplanetlər atmosferdə böyük miqdarda yaranan azot-2-oksidlə toqquşur, nəticədə qəhvəyi tüstülənmə yaranır.

 

NASA-nın hesabatına görə, astronomlar əmindir ki, Yer planeti də keçmişdə ifrat ulduzların təsirinə məruz qalıb. Bu kəşfin təsdiqi kimi planetin müxtəlif ərazilərində radioaktiv dəmirin tapıntılarıdır. 

 

Alimlər iddia edir ki, ifrat ulduz partlayışları Yer planetindən 65-500 işıq ili məsafəsində 2-8 milyon il bundan öncə baş verə bilərdi.

 

Hal-hazırda Yer planeti və Günəş sistemi potensial ifrat ulduz partlayışlarından təhlükəsiz məsafədə yerləşir. Lakin bu, həyatın Qalaktika zonasında həyat üçün əlverişli şərait ola biləcək digər eqzoplanetlərə aid deyil. 

 

NASA-nın məlumatlarına görə, Betelheyze və Antares Yer planetinə ən yaxın ulduzlardır və gələcəkdə onlarda partlayışlar baş verə bilər. Lakin bu  yalnız milyon illər bundan sonra baş verəcək. Bu da bəşəriyyətə hazırlıq üçün zaman verir.

Mənbə

Share: