NASA yayım xidməti başladıb və yenilənmiş saytını istifadəyə verib

NASA yenilənmiş saytının istifadəyə verildiyini və özünün yayım xidmətinin başladığını elan edib.

Müvafiq bəyanat Amerika Kosmik İdarəsinin saytında yayımlanıb.

Bəyanatda qeyd edilib ki, NASA-nın yenilənmiş veb saytı artıq beta-test rejimində işə başlayıb. Yenilənmiş saytın tam qaydada istifadəyə veriləcəyi ana qədər kosmik idarəyə məxsus olan resurslardan bir çox kontentin bir yerə toplanacağı, bunun da NASA-nın məlumatlarına inteqrasiya edilmiş çıxışı təmin edəcəyi güman edilir.

Bundan əlavə, bəyanatda NASA-nın bu il ərzində yeni yayım platformasına başlayacağı qeyd olunur. İstifadəçilər NASA tərəfindən həyata keçirilən kosmik raket buraxılışlarını izləyə biləcəklər, idarənin digər yayımları, eləcə də videoçarxlar sırf NASA+ adlandırılacaq yeni xidmət üçün hazırlanacaq.

Kosmik idarənin yutub kanalında yayımlanan tanıtım videosunda yayım xidmətinin ödənişsiz olacağı, yayımda reklam olmayacağı, yayımı hər yaşdan olan şəxslərin izləyə biləcəyi vurğulanıb. Yayım axını xidməti “iOS” və “Android” əməliyyat sistemli cihazlarda yüklənmək üçün mövcud olacaq.

Mənbə

Share: