Natəvan Babayeva ilə vida mərasimi keçirilir

Natəvan Babayeva ilə vida mərasimi keçirilir

Ötən gün vəfat edən tanınmış aparıcı Natəvan Babayeva ilə vida mərasimi keçirilir.

 

Modern.az xəbər verir ki, mərasim Salyan rayonunun Parça Xalac kəndində keçirilir.

 

Xatırladaq ki, Natəvan Babayeva AzTV, ondan öncə uzun illər ANS televiziyasının aparıcılarından biri olub.

 

Bir müddət əvvəl Natəvan Babayevanın Türkiyəyə gedərkən Bakı hava limanında halı pisləşmişdi. Tanınmış jurnalist xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Mənbə

Share: