NATO Kosovaya 700 hərbçi göndərir

NATO Kosovaya əlavə 700 hərbçi göndərəcək.

Millətin Səsi.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O qeyd edib ki, lazım gələrsə göndərmək üçün əlavə bir batalyon hazırlayacaq.

“NATO-nun Kosovadakı qüvvələri regionun bütün əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək. NATO Kosovaya əlavə 700 hərbçi göndərəcək və daha bir batalyonun hazırlıq səviyyəsini yüksəldəcək ki, zərurət yaranarsa, o, göndərilə bilsin”, – Stoltenberq vurğulayıb.

NATO-nun (KFOR) rəhbərlik etdiyi beynəlxalq qüvvə hazırda Kosovada yerləşdirilib. “Associated Press-“in məlumatına görə , hazırda qismən tanınan respublikada 27 ölkədən 3762 NATO hərbçisi yerləşdirilib.

Qeyd edək ki, Kosovanın şimalında etnik serblərlə qarşıdurmada NATO hərbçiləri yaralanıb.

Mənbə

Share: