NATO silah istehsalını artırmağa çağırıb 

NATO ölkələri hərbi texnikanın, o cümlədən raketlərin, tankların və PUA-ların istehsalına daha çox diqqət yetirməlidir.

 

Modern.az xəbər verir ki, bunu Alyansın baş katibinin köməkçisi Anqus Lapsli BNS-ə açıqlamasında bildirib.

 

“Biz müdafiə məqsədlərinə mümkün qədər tez nail olmaq üçün problemlə üzləşirik, bunun üçün həm NATO, həm də Aİ hərbi texnika sənayesinin imkanlarına – raketlər, tanklar, pilotsuz uçuş aparatları istehsalına, eləcə də sənayenin maliyyələşdirilməsinə daha çox diqqət yetirməlidir”, – Lapsli qeyd edib.

 

O bildirib ki, NATO-nun baş katibi silahlanmanın artırılması məsələsini müzakirə etmək üçün təşkilata üzv ölkələrin silahlı qüvvələri və sənaye nümayəndələrini toplantıya çağırıb. 

 

Akif İsmayılov 

Mənbə

Share: