“NATO-ya daxil olmaq üçün təsdiq etməyimizin zamanı bitir…”

“Bu ölkələrin NATO-ya daxil olmaq sorğularının təsdiq edilməsi Stoqholmun terrorçuluqla mübarizə vədlərinə əməl edəcəyindən asılıdır…”

“İsveç Ankaranın dəstək üçün irəli sürdüyü şərtlərin hamısını icra edə bilməz…”

“Stoqholmda nümayişçilər tərəfindən Ərdoğanın müqəvvasının ayağından asılması ilə bağlı insident iki ölkə arasında diplomatik durumu pisləşdirib…”

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib ki, Ankaranın İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün may ayında keçiriləcək ümumi seşkilərədək sorğularının təsdiq edilməsi üçün az zamanı qalıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə SİTA agentliyi məlumat yayıb.

Mətbuat katibi deyib ki, bu ölkələrin sorğularının təsdiq edilməsi Stokholmun “terrorçuluqla mübarizə” üzrə vədlərinə Ankara ilə razılıq çərçivəsində nə qədər tez əməl edəcəyindən asılıdır və xəbərdarlıq edib ki, buna aylar lazım ola bilər.

“Stoqholm ötən il Madriddə imzalanan sazişin icrasına sadiqdir, lakin ölkəyə daha altı ay lazımdır ki, terrorçuluğun yeni təyinatının tətbiq etməsi ilə bağlı məhkəmə sisteminə imkan verilməsi üçün yeni qanunlar hazırlansın”, – bunu Kalın İstanbulda mətbuat konfransında deyib.

“Əgər onlar iyun ayında NATO sammitində alyansa daxil olmaq istəyirlərdə, bizim zaman problemimiz var, – o, əlavə edib. – Türkiyə parlamentinin seçkilərdən bir qədər əvvəl tətilə çıxacağını nəzərə alaq, sizin bütün bunlara 2-2, 5 ay zamanınız qalıb.

İsveç və Finlandiya Rusiyanın Ukraynaya fevral ayında hərbi müdaxiləsindən sonra NATO blokuna daxil olması üçün sorğu verib. Bu qərar Türkiyə də daxil olmaqla NATO-nun bütün 30 iştirakçı ölkələrinin təsdiqini tələb edir.

Lakin Ankara bəyan edib ki, İsveç onun terrorçu hesab etdiyi, əsasən, kürd qruplaşmaları və 2016-cı ildə dövlət çevrilişində cəhddə ittiham etdiyi təşkilatlara münasibətdə daha dəqiq mövqe sərgiləməlidir.

Ötən həftə Stoqholm bəyan edib ki, İsveç Türkiyənin onun alyansa daxil olmaq barədə sorğusunu təsdiq edəcək, lakin o, Ankaranın dəstək üçün irəli sürdüyü şərtlərin hamısını isra edə bilməz.

Bu arada isə Türkiyə prokurorları Stokholmda nümayişçilər tərəfindən prezident Ərdoğanın müqəvvasının ayaqlarından asılması ilə bağlı insidentin araşdırılmasına başlayıb, bu da iki ölkə arasında diplomatik durumu daha da pisləşdirir. İsveçin baş naziri “TV4” teleşirkətinə bəyan edib ki, bu akt “fövqəladə dərəcədə ciddidir” və o, bunu NATO sorğusuna qarşı sabotaj aktı hesab edir.

Kalın deyib ki, İsveç hökuməti “terrorçu təşkilatlara İsveçin onlar üçün daha sığınacaq olmadığı və onlar pul toplaya, üzvləri cəlb edə və digər fəaliyyətlə məşğul ola bilməyəcəyi barədə” ciddi siqnal göndərməlidir.

Mənbə

Share: