Rusiyada hərbi hissədə partlayış: 3 ölü, 16 yaralı

 

Rusiyada partlayış olub.

Milletinsesi.az “Meduza”ya istinadən xəbər verir ki, hadisə Belqorod vilayətində yerləşən hərbi hissələrdən birində qeydə alınıb.

Belə ki, bir hərbçinin əlindəki qumbaranın partlaması nəticəsində silah-sursat anbarında partlayış baş verib.

Hadisə zamanı 3 hərbçi həyatını itirib, 16 hərbçi yaralanıb. Daha 8 hərbi qulluqçunun taleyindən isə xəbər yoxdur.

Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.

Mənbə

Share: