Navalnıya daha 19 il həbs verildi

 

Moskva Şəhər Məhkəməsində Rusiya müxalifət lideri Aleksey Navalnının işinə baxılıb.

Milletinsesi.az xəbər verir ki, məhkəmə dövlət ittihamçısının tələbini qəbul edib

Qərar əsasən, ona xüsusi rejimli koloniyada 19 il həbs cəzası verilib.Dövlət ittihamçısı onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Aleksey Navalnı altı maddə ilə təqsirli bilinib. Bunlar ekstremist icmanın yaradılması, ekstremizmə çağırışlar, vətəndaşların hüquqlarını pozan QHT yaradılması, ekstremizmin maliyyələşdirilməsi, həmçinin azyaşlıların təhlükəli əməllərə cəlb edilməsi və nasizmin reabilitasiyasıdır.

Mənbə

Share: