Nazir bir polisi işdən qovdu və yeni rəis təyin etdi

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə (DYPB) yeni rəis təyin edilib.

Milletinsesi.az APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Eldəniz Həsənov Göygöl DYPB-nin rəisi vəzifəsinə təyin edilib.

E.Həsənov buna qədər Qazax DYPB-nin rəisi olub.

Unikal.org-un məlumatına görə, Vilayət Eyvazovun daha bir əmri ilə Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis Bölməsinin tədqiqatçısı, polis mayoru Əliyev Zamiq Elxan oğlu işdən çıxarılıb.

Belə ki, vətəndaş Quliyev Bulud İnqilab oğlunun Daxili İşlər Nazirliyinə şikayətindən sonra nazir, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Bakı Şəhər Baş Polis idarəsində araşdırma aparılıb.

Araşdırmadan sonra işində yol verdiyi ciddi nöqsanlara görə, Z.Əliyev vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Vətəndaş Bulud Quliyev şikayətinə operativ və obyektiv baxıldığı üçün Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova və Bakı Şəhər Baş Polis idarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidova öz minnətdarlığını bildirib.

 

Share: