Nazir daha bir direktoru işdən qovdu

Nazir daha bir direktoru işdən qovdu

Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin direktoru işdən çıxarılıb.

Bu barədə Təhsil Nazirliyindən Oxu.az-a verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin direktoru Yeganə Əliyeva tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, 2019-cu il yanvar-fevral aylarında məktəb kollektivi tərəfindən Nazirliyə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb.

Komissiya nümayəndələri tərəfindən məktəbdə aparılan yoxlamanın nəticəsi olaraq məktəb direktoruna və Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyevə aşkar olunmuş pozuntulara görə intizam tənbehi tətbiq edilib.

Share: