Nazir: “Qrup oyunlarında “Qarabağ”a uğurlar arzulayıram”

“Qrup oyunlarında “Qarabağ”a uğurlar arzulayıram”.

Milletinsesi.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov son bir aydakı nailiyyətlər barədə öz qeydində yazıb.

“Futbolumuzu qitə səviyyəsində layiqincə təmsil edən “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə bizi yenidən sevindirdi. Komandanın bu mərhələdə də azarkeşləri sevindirəcəyinə inanıram” – deyə, o bildirib.

Qeyd edək ki, “Qarabağ” G qrupunda Almaniyanın “Frayburq”, Yunanıstanın “Olimpiakos” və Fransanın “Nant” klubları ilə mübarizə aparacaq.

Mənbə

Share: