Azərbaycanda liseylərə maraq artıb.
Milletinsesi.az Musavat.com-a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı media üçün brifinqdə deyib.
Nazir qeyd edib ki, bu il 18 600 şagird liseylərə qəbul üçün müraciət edib.
Emin Əmrullayev onu da əlavə edib ki, müəllimlərin işə qəbulu imtahanlarında riyaziyyat fənnindən sualların başqa tərəfə verilməsi yolverilməzdir.
Nazir bildirib ki, bu kimi hallar başqa ölkələrdə də baş verir: “Müəllimlə aramızda məxfilik müqaviləsi imzalanır. Müəllif də buna əməl etməlidir. Bununla bağlı lazımi addımların atılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.
Afaq Mirayiq