Azərdən qaziyə qeyri-etik hərəkət – Video

Aparıcı Azər İsmayılovun (Azər Zahid) sosial şəbəkədə yayılan videosu tənqid edilib.

Axşam.az xəbər verir ki, aparıcı TikTok-da canlı yayımda yığılan məbləği qazilərə vermək üçün onlarla bir araya gəlib.

Gözdən əlil qazi Amil Əliyevə zərfi verən Azər “Onsuz saya bilməyəcəksən” sözlərini deyib. Onun bu qeyri-etik ifadəsi sosial şəbəkədə sər şəkildə tənqid olunub.

Qeyd edək ki, Amil İkinci Qarabağ müharibəsində yaralanıb və iki gözünü itirib. 22 yaşlı Amil düşmən postunda minaya düşərək ağır yaralanıb və 3 gün komada qalıb.

Share: