Kabildə Əfqanıstan müdafiə naziri Bismillah Xan Məhəmmədinin evinə silahlı hücum nəticəsində ölənlərin sayı 8, yaralıların sayı isə 20-yə çatıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü məlumat yayıb.
Şahidlər isə ölənlərin sayının 10-dan çox olduğunu bildiriblər.
Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Qeyd edək ki, dünən Əfqanıstan müdafiə naziri Bismillah Xan Məhəmmədinin evinə silahlı şəxslər hücum etmişdi.