Nazirlik ölümcül virusa qarşı 3 dərmanın adını açıqladı: Azərbaycanda onları haradan və neçəyə almaq olar?

Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı təsirli ola biləcək dərmanların adını açıqlayıb.

Adlar nazirliyin koronavirusun müalicəsinə dair müvəqqəti metodiki tövsiyələrində yer alıb.

Nazirliyin siyahısındakı dərmanlar “Рибавирин”, “Рекомбинатный интерферон бета Ib” və “Лопинавир”dir.

Bu dərmanlardan həm də QİÇS, Hepatit C və sklerozla mübarizədə istifadə olunur.

Simptomatik müalicə üçün həkimlər öskürəyə qarşı, bəlğəmgətirici vasitələri də məsləhət görür. Həmçinin, asan nəfəs almağı təmin edən dərmanlardan istifadə məsləhət görülür.

Cebhe.info Bakıdakı apteklərdə sözügedən dərmanların satılıb-satılmadığını müəyyənləşdirmək üçün kiçik müşahidə aparıb. Məlum olub ki, bu dərman preparatlarından “Рибавирин”i tapmaq mümkündür, ancaq bu dərman preparatını da almaq üçün depolara müraciət etmək lazımdır. Aptek satıcları preparatın qiymətinin 7-8 manat olacağını bildirib. Digər 2 dərman preparatının isə Azərbaycan bazarında olmadığı vurğulanıb.
Cebhe.info

Share: