“Nefçi” Futbol Klubunda yeni təyinat…

Bu gün Nefçi Futbol Klubunun prezidentinin əmri ilə Namiq Əlizadə klubun Maliyyə direktoru vəzifəsinə təyin edilib. 

 

Xatırladaq ki, Namiq Əlizadə maliyyə, mühasibatlıq və vergi məsələləri üzrə tanınmış mütəxəssis və təlimçidir. Bundan öncə Azərsun Holdinqin baş mühasibi, Agrokimya MMC-nin Maliyyə direktoru, Nurgün Holdinqin Audit Departamentinin müdiri vəzifələrində çalışıb. Eyni zamanda iqtisad üzrə fəlsəfə doktoru və UNEC-in magistratura bölməsinin müəllimidir. Bununla yanaşı “ACCA DipİFR”, PMS kimi sertifikatlara sahibdir. Həmçinin, Namiq Əlizadə tanınmış təlimçidir.

Mənbə

Share: