Neft cüzi ucuzlaşıb

 

Dünya bazarlarında neftin qiyməti düşüb. İnvestorlar tədarükdə mümkün fasilələri nəzərə alaraq, bu növ xammala olan tələbin mümkün qısamüddətli azalmasını qiymətləndirirlər.

Milletinsesi.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin noyabr fyuçersləri 0,18 % ucuzlaşaraq 1 bareli 93,93 ABŞ dollarına satılıb. “WTI” markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 0,05 % aşağı düşərək 1 bareli 88,44 ABŞ dolları təşkil edib.

Beynəlxalq Enerji Agentliyinin (İEA) məlumatına əsasən, ilin yekunlarına görə qlobal neft tələbatının artımı gündəlik 99,7 milyon barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnozdan 100 min barel azdır. Bundan əlavə, agentliyin məlumatına görə, qlobal neft hasilatı üçüncü aydır artır və avqustda gündəlik 101,3 milyon barelə çatıb.

Mənbə

Share: