Neft sahəsində çalışanların gəlirləri kəskin artıb

 

Bu gün ölkəyə idxal artıb, bununla bərabər neft sahəsində çalışan hüquqi şəxslərin valyuta gəlirləri də kəskin artıb.

Millətin Səsi. az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

“Bu il ilk dəfə olaraq Mərkəzi Bank yanvar ayından mütəşəkkil valyuta bazarı yaradıb. Bu il qeyd edim ki, Mərkəzi Bank valyuta bazarına müdaxilə etməyib. Buna səbəb dövriyyələrin olduqca böyük olmasıdır”,  deyə AMB sədri bildirib.

Mənbə

Share: